İnsanlara hürriyət, millətlərə istiqlal!

“İndi azərbaycanlı deyəndə göz önünə strateji səbri və yad diqtəsinə boyun əyməyən bir xalq gəlir”

596 12.10.2023 18:46 Son xəbər A A

“Gülüstan anlaşmasının imzalandığı gündə cənab İlham Əliyevin ölkənin birinci şəxsi kimi 20 illik fəaliyyətinin qiymətləndirilməsində mən bir rəmzlik görürəm. Çünki tarixin 210 il bundan öncə bünövrəsi qoyulan gərdişini məhz o, dəyişməyi bacardı”.

Musavat.com xəbər verir ki, bunu deputat Sahib Alıyev Milli Məclisin xüsusi iclasında deyib.

Deputat bildirib ki, Azərbaycan Avstriya, Niderland, bu qəbildən olan digər ölkələrdən fərqli olaraq, maraqların kəskin kəsişdiyi mürəkkəb çoğrafiyada yerləşdiyindən burada hakimiyyət sözü tam fərqli xarakter daşıyır: “O səbəbdən də biz dərindən nəzər yetirəndə aydın görürük ki, cənab İlham Əliyevin bu zaman çərçivəsindəki fəaliyyəti hakimiyyətdə olmaqdan daha çox, eramızdan əvvəlki proseslərdən bəhs edən bir rəvayətdə deyildiyi kimi xalqını da yanına alıb, yırtıcı dövlətlərlə vuruşa-vuruşa, çarpışa-çarpışa yol getməyə bənzəyir. Amma o rəvayətdəkindən fərqli olaraq bu, yurddan gediş yox, yurduna dönüş yolu idi, üstəlik də 40 deyil, 20 ilə sentyabrın 20-də Azərbaycanın BMT-nin təsbit etdiyi çağdaş sərhədləri çərçivəsində öz torpaqları üzərində suverenliyininin tam təmini ilə qət edildi. Bismarkın siyasət haqqında azacıq dəyişdirilərək deyilən bir fikri var. Orada bildirilir ki, siyasət mümkün olanı əldə etmək sənətidir.

İlham Heydər oğlunun 20 illik fəaliyyətindən isə görürük ki, nəinki mümkün olan, mümkünlüyü əfsanə təsiri bağışlayanları da reallşadırmağı bacardı ki, bunların da başında bayaq dediyim kimi torpaqlarımız üzərində suverenliyimizin tam təmini durur. Bəs, regionda hansı böyük dövlətlərin əleyhinə çıxdıqları kimsəyə sirr olmayan Bakı-Ceyhan kəmərinin çəkilməsi, qərbdəkilərin 20 il cəhd etsələr də, reallaşdıra bilmdikləri NABUKKO layihəsinə alternativ olaraq Cənub Dəhlizinin işə salınması özü də əfasənə təsiri bağılşayan məsələlərin həyata keçirilməsi deyildimi?”
S.Alıyev bildirdi ki, 20 il öncə cənab İlham Əliyev bir Prezident kimi özünün ilk andını içəndə onun diqqətini ən çox çəkən iki cümlə vardı: “Birincisində o, nə yolla olur-olsun torpaqlarımızın işğaldan azad ediləcəyini, ikincidə isə Heydər Əliyev siyasətinə həmişə sadiq qalacağını bildirirdi. Elə də oldu və orasını da deyək ki, əslində birinci vədin yerinə yetirilməsi məhz ikinciyə dəqiq əməl edilməsinin nəticəsi idi. Ümümiyyətlə, Prezidentimizin 20 ildəki fəaliyyətini bir sözlə qiymətləndirməli olsaq, o sözün adı sədaqətdir. Liderinə sədaqət, yola sədaqət, milləti qarşısında verdiyi vədə sədaqət! Cənab İlham Əlievin uğurlarının kökündə məhz ilk növbədə məhz bu sədaqət faktoru durur.

Onun Azərbaycan xalqı qarşısındakı xidmətlərindən söz düşərkən bizdə bəzən tarixdə böyük uğurlar qazanmış, imperiyalar yaratmış böyüklərimiz xatırladılır. Amma gəlin unutmayaq ki, onların uğurlarında bu coğrafiyada biri-biri ilə yola getməyən iki güclü türk dövlətinin varlığında maraqlı olanların da rolları az deyildi. Qərbdəki bəlli çevrələr Çinin Çingiz xana yanaşmada yeritdiyi siyasətdən örnək götürərək onlara dəstək verirdilər. Son yüz ildəki davaranışları ilə isə göstərdilər ki, onlar bu regionda qətiyyən güclü Azərbaycan görmək istəmirlər. Bizim torpaqlarımızı işğaldan azad etməmizə qarşı çıxmalarının kökündə elə məhz bu durur ki, Fransanın, eləcə də ona yandaşlıq edənlərin hərəkətləri onların hələ də bununla barışmadıqlarını təsdiqləyir. Xatırlayırsınız deyilmi, Ukranya savaşından sonra Rusiyanın atdığı bütün addımların əleyhinə çıxan, dediklərinin hər birinin əksini sübut etməyə çalışan qərbdəkilər Azərbaycan aprelin 23-də Laçında sərhəd-buraxılış məntəqəsi quranda Moskva ilə necə oxşar mövqe sərgilədilər?

Belə bir reallıq ortada ola-ola cənab İlham Əliyevin bizi qələbədən-qələbəyə aparmasının sirri, məncə, onun dünyada son dərəcə informasiyalı liderlərdən biri olması, ən əsası həmən informasiyadan vaxtında və yerində faydalanması ilə əlaqədardır. 2018, 2020-ci il lllərdə Prezident və parlament seçkilərinin vaxtlarının irəli çəkilməsindən, eləcə də 44 günlük savaşdan sonra nələr baş verdiyini yada salsaq, Azərbaycanın dövlət başçısının “Nəyi, necə, nə vaxt etmək lazımdır- bunu mən bilirəm” sözlərinin elə-belə deyilmədiyini görərik. Və bu gün Yaxın Şərqdə yaşanalar da bir daha təsdiqləyir ki, Qarabağdakı son antiterror əməliyyatı da nə qədər vaxtında atılmış bir addımdır. Burada da heç şübhəsiz ki, Prezidentimizin yüksək informasiyalılığı və həmən informasiyalara dayanaraq çevik, düzgün qərar qəbul etmək bacarığı özünü göstərir”.

Deputat dedi ki, İlham Əliyev BMT Təhlükəsizlik Şurasının üzvü seçilən, Qoşulmama Hərakatının onun fəaliyyətində əsaslı dönüş edən sədri olmağı bacaran Azərbaycanı bu 20 ildə təkcə əksər parametrlər baxımından regionun lider dövlətinə çevirmədi: “O, eyni zamanda öz xalqını Qafqazda hamıdan başı uca etdi. Yəni Gülüstan anlaşmasından üzü bəri biz heç vaxt indiki qədər azərbaycanlı olmağımızla qürur duymamışıq. Və digər xalqlar da heç vaxt bizə indi yanaşdıqları kimi yanaşmayıblar. İndi azərbaycanlı deyəndə göz önünə ləyaqətli, qürurlu, strateji səbri, yaddaşı və baxışı olan, yad diqtəsinə boyun əyməyən bir xalq gəlir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR