İnsanlara hürriyət, millətlərə istiqlal!

“İMZA”da yeni TƏYİNATLAR - FOTO

1311 29.02.2024 13:45 Ölkə A A

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni təyinatlar olub.

Bu barədə Musavat.com-a qurumun Beynəlxalq və ictimai əlaqələr departamentinin rəhbəri Elnar Məmmədli məlumat verib.

Məlumata görə, Birliyin sədri Xəyyam Əsgərovun müvafiq əmrinə əsasən, Rəna Əkbərova “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi sədrinin köməkçisi və Təşkilatın rəsmi saytının baş redaktoru, Qəribli Emin sədrin sosial-iqtisadi məsələlər üzrə müşaviri, Abışov Raman isə sədrin hüquqi məsələlər üzrə köməkçi vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin qarşısına qoyduğu əsas məqsəd ilk növbədə Azerbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın genişmiqyaslı, milli və dövləti maraqlarımıza xidmət edən siyasətini təbliğ etməkdən, ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinə dəstək verməkdən, o cümlədən də bu qəbildən olan tədbirlərin online platformlarda işıqlandırılmasında yaxından iştirak etməkdən ibarətdir.

Dövlətə və dövlətçiliyimizə xidməti fəaliyyətlərində əsas amal hesab edən “İMZA”-çılar həmçinin beynəlxalq aləmdə də Azərbaycan həqiqətlərinin təbliğində yaxından iştirak edirlər və bundan sonra da bu istiqamətdə öz səylərini daha da gücləndirməyi qarşılarına məqsəd qoyublar. Çünki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu rəhbərliyi sayəsində işğalçı Ermənistan üzərində qazandığımız tarixi və parlaq qələbə Azərbaycana, xalqımıza, dövlətimizə dünyada çox ciddi nüfuz, hörmət və etibar qazandırıb.

“İMZA”-nın gələcək fəaliyyətinin əsas prioritetlərindən biri məhz qalib ölkəmizin dövlət siyasətinin mahiyyətinin, milli-mədəni dəyərlərinin, tarixinin dünyanın dörd bir tərəfində daha da geniş istiqamətli təbliği, tanıdılması olacaq.

Musavat.com

92baaaba-2396-4696-8564-9578b897c764.jpg (84 KB)

Rəna Əkbərova

d24b8f47-e114-467b-8459-2d5fd14548da.jpg (69 KB)

Raman Abışov 

4424eea7-0b94-4622-9ea7-78ba8ecd7118.jpg (146 KB)

Emin Qəribli

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR