İnsanlara hürriyət, millətlərə istiqlal!

İmran Xandan ona edilən sui-qəsdlə bağlı ŞOK AÇIQLAMALAR: "Əvvəlcədən bilirdim, lakin ..." FOTO

1217 06.11.2022 01:55 Gündəm A A

Cümə axşamı günü keçmiş baş nazirə qarşı sui-qəsd cəhdi gündəm olmuşdu.

Musavat.com xəbər verir ki, İmran Xan sui-qəsd planı ilə bağlı çox təəccüblü açıqlamalar verib.

Ölümdən xilas olan və ayağından yaralanan İmran Xan təslim olmayacağına və etirazını davam etdirəcəyinə işarə edib. Xanın iddiasına görə, oxşar sui-qəsd üsulu əvvəllər də bir qubernatora qarşı olunub. Hökuməti günahlandıran Xan qeyd edib ki, onun həyatına sui-qəsd olacağını əvvəlcədən bilirmiş.

Qeyd edək ki, Pakistanın keçmiş baş naziri İmran Xan öz tərəfdarları ilə növbədənkənar seçkilər üçün karvan təşkil edərək oktyabrın 28-də paytaxt İslabamada yola düşüb. Cümə axşamı günü naməlum şəxs Pəncabın Vəzirabad şəhəri yaxınlığında konvoya atəş açıb və İmran Xan ayağından yaralayıb.

Səhhəti yaxşı olan İmran Xan hücumdan sonra kameralar qarşısına keçib.

Sui-qəsd planını əvvəlcədən bildiyini deyən Xan bunları deyib:

"Mən artıq öyrənmişdim ki, Vəzirabad və Qucrat arasında haradasa məni öldürmək planı var. Onlar keçmiş Pəncab qubernatoru Salman Tasirə qarşı istifadə etməyə çalışdıqları üsullardan istifadə etdilər. Onlar ictimaiyyəti mənə qarşı qızışdırmaq üçün məni küfrdə ittiham etməyə çalışdılar. Məni xaricdə milyardlarla sərvəti olan və yaşayan Şerif ailəsi ilə müqayisə etmək olmaz".

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR