İnsanlara hürriyət, millətlərə istiqlal!

İlqar Əyyubov vəfat etdi - FOTO

1475 26.05.2026 10:58 Son xəbər A A

Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş elmi işçisi, kimya elmləri doktoru İlqar Əyyubov vəfat edib.

Musavat.com bildirir ki, bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

İ.Əyyubov mayın 19-da insult keçirib və xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin apardığı müalicə heç bir nəticə verməyib. O, 54 yaşında dünyasını dəyişib.

İş yoldaşlarının sözlərinə görə, əvvəllər alimin hansısa ciddi xəstəliyi olmayıb. Aktiv həyat tərzi sürən İ.Əyyubov mütəmadi idmanla məşğul olurmuş.

Qeyd edək ki, İlqar Hacı oğlu Əyyubov 1972-ci ildə Bakı şəhərində anadan olub. O, fəaliyyəti dövründə yüksək peşəkarlığı, zəngin biliyi və gənc tədqiqatçıların yetişdirilməsindəki xidmətləri ilə həmkarlarının və elmi ictimaiyyətin hörmətini qazanıb.

Allah rəhmət eləsin!

İlqar Əyyubov vəfat etdi - Globalinfo.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR