İnsanlara hürriyət, millətlərə istiqlal!

İllər sonra Xankəndinə gedən tanınmışlar - FOTOLAR

1300 21.12.2023 15:35 Gündəm A A

Xəbər verdiyimiz kimi, bu gün Xankəndində tarixi oyun keçirilir.

Musavat.com bildirir ki, Xankəndi stadionunda “Qarabağ” - MOİK görüşü ilə futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.. Tarixi oyunu izləmək üçün Bakıdan gedənlər arasında ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri də var.

Mətbuat Şurasının sədri Rəşad Məcid stadiondan fotolar paylaşıb. R.Məcidin “Tarixi gün” başlığı ilə paylaşdığı fotoda millət vəkili Aqil Abbas da var.

WhatsApp Image 2023-12-21 at 15.14.46.jpeg (180 KB)

“APA Media Group”un baş direktoru Nurşən Quliyev 35 ildən sonra doğma şəhərindən paylaşım edib. O, paylaşımda qeyd edib: “Uşaqlığımı gördüm. Uşaqlığımla rastlaşdım. Dərsdən çıxıb bura məşqə gəlirdik. Hər şey əladır. Hər şey möhtəşəmdir. Hər yer tanışdır. Xankəndi və mən bir-birimizi tanıdıq”, deyə o, hisslərini ifadə edib.

Xalq artisti Fəxrəddin Manafov doğulduğu Xankəndiyə yollanmadan öncə İTV-yə müsahibə verib.

WhatsApp Image 2023-12-21 at 15.15.43.jpeg (46 KB)

O bildirib ki, 55 ildir Xankəndində olmayıb: “Sözlə hissləri ifadə etmək mümkün deyil. Qarabağla bağlı hər şeyin həyati mənası böyükdür. Son dəfə 14 yaşında Qarabağdan çıxmışam. 55 ildir... Şuşada olmuşam, amma Xankəndidə olmaq... Belə gözəl hal hər kəsin həyatında olmur”.

Müğənni Elnarə Xəlilova da Xankəndi şəhərinə yollanıb.

WhatsApp Image 2023-12-21 at 15.16.44.jpeg (178 KB)

O bu barədə instaqram hesabında paylaşım edib. Sənətçi orada “Qarabağ” mahnısını oxuyub.

“Allahım, bu günləri yaşadığımız üçün sonsuz təşəkkürlər. Allah şəhidlərimizə rəhmət eləsin, Müzəffər Ali Baş Komandanımızı, ordumuzu qorusun. Yaşasın Azərbaycan. Qarabağ Azərbaycandır”, - deyə Elnarə paylaşımında qeyd edib.

Aparıcılar Vüsalə Məmmədova, Samirə Mustafayeva da Xankəndidədirlər. İdman mütəxəssisi və yazarı Natiq Muxtarlı da qızı ilə Xankəndi stadionundadır.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Səmayə Məmmədova da stadionun önündən paylaşım edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR