İnsanlara hürriyət, millətlərə istiqlal!

İlkin Həsəni ilə həyat yoldaşı ayrılır

2789 06.03.2023 21:07 Şou-biznes A A

Aparıcı İlkin Həsəni ilə həyat yoldaşı, bloger Aysel Həsəninin ayrıldığı iddia olunub.

İlkin ilə Aysel İnstaqram səhifələrindən bir-birinin fotolarını silib və izləmədən çıxarıblar.

Aysel Həsəni İnstaqramda hekayə bölümündə sosial şəbəkə izləyicisinin "Sizin üçün sevgi vacibdirmi" sualına belə cavab verib. "Sevgi həyatımın 90 faizidir. Sevgi ilə var olan biriyəm. Sevmədən sevilsəm və ya sevilmədən sevgi görsəm bu yaşımda belə özünü göstərəcək. 30 yaşıma qədər sevgi anlayışım fərqli imiş. Deyim bilin ki, sevginizin dəyərini biləcək, onu daha da yüksəldəcək, sizin onu sevmənizə xoşbəxt olacaq birini seçin. Sevginizi öldürən, sizin ürəyinizi ayaq altına atan narsistlərdən özünüzü qoruyun. Sevgi bu qədər ucuz deyil".

Əldə etdiyimiz məlumata görə, Aysel Həsəni valideynlərinin evinə gedib.

İddia ilə bağlı İlkin Həsəni ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab vermədi.

Qeyd edək ki, cütlük 2017-ci ildə ailə qurub. Onların bir qızı var. Bu haqda ilk xəbəri Olay.az saytı yayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR