İnsanlara hürriyət, millətlərə istiqlal!

İLK DƏFƏ ÜZƏ ÇIXDI! Epşteynin öldüyü gecə narıncı geyimli sirli adam... - ŞOK FOTO

1855 06.02.2026 10:09 Dünya A A

ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan yeni sənədlər maliyyəçi Ceffri Epşteynin ölümü ilə bağlı araşdırmalarda diqqətçəkən ziddiyyətləri üzə çıxarıb.

Musavat.com CBC News-a istinadən xəbər verir ki, sənədlərə əsasən, Epşteynin ölümündən bir gecə əvvəl həbsxananın müşahidə kameralarında onun saxlanıldığı kameranın yerləşdiyi mərtəbəyə aparan pilləkənlərdə naməlum narıncı rəngli bir obyektin hərəkəti qeydə alınıb.

Müşahidə qeydlərində 2019-cu il avqustun 9-da saat təxminən 22:39-da narıncı rəngli siluetin “L mərtəbəsinə aparan pilləkənlərlə yuxarı qalxdığı” qeyd olunub. Qeyddə bu görüntünün “ola bilsin, bir məhbus” olduğu ehtimalı irəli sürülüb.

Qeyd edək ki, sözügedən detal indiyədək rəsmi qurumlar tərəfindən açıqlanmamışdı.

Sənədlər göstərir ki, eyni görüntülərə baxan qurumlar fərqli nəticələrə gəlib.

06-orange-blob-screengrab.jpg (79 KB)

Belə ki, Federal Təhqiqat Bürosu (FBI) həmin görüntünü “ehtimal ki, bir məhbus” kimi dəyərləndirib. ABŞ Ədliyyə Nazirliyinin Baş Müfəttişlik Ofisi isə həmin narıncı obyektin “məhbus yataq dəsti və ya çarşaf daşıyan naməlum bir həbsxana əməkdaşı” ola biləcəyini bildirib. Baş müfəttişin yekun hesabatında isə saat 22:39-da naməlum bir nəzarətçinin pilləkənlərlə yuxarı qalxdığı, iki dəqiqə sonra isə yenidən kameranın görüntü sahəsinə qayıtdığı qeyd edilib.

Rəsmi məlumatlara görə, Ceffri Epşteyn 2019-cu il avqustun 10-u səhər saat 06:30-dan əvvəl intihar edib və onun meyiti səhər yeməyi gətirən həbsxana əməkdaşı tərəfindən aşkar edilib. Lakin ölümün dəqiq vaxtı heç vaxt rəsmi şəkildə müəyyən olunmayıb. Son aylarda istintaqın gedişi və təqdim olunan nəticələr ciddi suallar doğurur.

CBS News-un daha əvvəl yayımladığı araşdırmada müstəqil video mütəxəssisləri də həmin hərəkətin həbsxana əməkdaşından daha çox narıncı məhbus geyimi geyinmiş şəxsə uyğun gəldiyini bildiriblər. Yeni açıqlanan sənədlər isə Epşteynin saxlanıldığı mərtəbə ətrafında həmin gecə baş verənlərlə bağlı sualları daha da artırır. Qeyd edək ki, rəsmi hesabatlarda bu narıncı fiqurdan ümumiyyətlə bəhs olunmur, səlahiyyətli şəxslər isə dəfələrlə Epşteynin saxlanıldığı mərtəbəyə həmin gecə heç kimin daxil olmadığını iddia edirlər.

Araşdırmalar göstərir ki, Epşteynin saxlanıldığı xüsusi izolyasiya bölməsində gecə ümumilikdə sakit keçib. Bir neçə məhbus istintaqa verdiyi ifadələrdə kameralarında narkotik maddələrdən istifadə etdiklərini etiraf ediblər. Həmin gecə növbədə olan iki nəzarətçi – Tova Noel və Ghitto Bonhomme dindirilib. Sənədlərə görə, Bonhomme uzun növbələrdən sonra saat 22:00 ilə gecə yarısı arasında yatıb.

Diqqətçəkən məqamlardan biri də həmin gecə bölmədəki məhbus sayının qeydlərdə 73-dən 72-yə düşməsidir. Nəzarətçi Tova Noel bu uyğunsuzluğu xatırlamadığını bildirib. Maraqlıdır ki, nə Noel, nə də Bonhomme pilləkənlərdə görünən narıncı fiqurla bağlı konkret şəkildə sorğu-suala tutulmayıb.

Sənədlərdə yer alan daxili təqdimatlardan birində nəzarətçinin mərtəbəyə yataq dəsti daşıdığı ehtimal edilsə də, Tova Noel ifadəsində bunun onun vəzifəsinə daxil olmadığını deyib. Onun sözlərinə görə, yataq dəstlərinin paylanması əvvəlki növbənin işi olub.

Qeyd edək ki, ötən həftə ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi ilə bağlı ümumilikdə 3 milyondan çox sənədi əhatə edən geniş arxiv açıqlayıb. Yeni materiallar Epşteynin ölümünə aparan saatlarla bağlı rəsmi versiyada ciddi uyğunsuzluqlar olduğunu göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR