İnsanlara hürriyət, millətlərə istiqlal!

İLİN DEBATI TV MÜSAVATDA!!! Erməni blogerlə azərbaycanlı hərbi ekspert “Canlı debat”da – ermənilər NƏ İSTƏYİR?

1629 28.11.2023 11:26 Gündəm A A

Bu gün TV Müsavatın efirində, “Canlı debat” verilişində bir ilk yaşanacaq. Bu günə qədər ölkədaxili problemlər, iqtidar-müxalifət arasındakı fikir dartışmalarını bu formatda tamaşaçıların nəzərinə çatdırsaq da, bu dəfə Azərbaycan və Ermənistan ictimaiyyəti arasındakı fikir ayrılıqlarını, problemli məsələləri müzakirə edəcəyik.

Ermənistan hakimiyyətini, zaman-zaman Qarabağ separatçılarını tənqid edən, ermənilərin cinayətlərini çəkinmədən ifşa edən erməni bloger Natali Aleksanyan və azərbaycanlı hərbi ekspert Ədalət Verdiyev “Canlı debat”da bir çox məsələrləri müzakirə edəcək. Ermənilərin Qarabağa qayıdışı, Ermənistan hakimiyyətinin hazırda atdığı addımlar, ermənilərin zamanında, xüsusən də 30 il boyunca azərbaycanlılara qarşı törətdiyi cinayətlər, sülh müqaviləsi, birgə yaşayış imkanları və tamaşaçılarımızı maraqlandıran suallar debat çərçivəsində səsləndiriləcək.

İnternet TV məkanında bir ilk olacaq bu efir saat 11.30 radələrində yayıma başlanacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Müsahibəmiz Azərbaycan dilində aparılacaq -erməni blogerə suallar erməni dilini bilən tərcüməçi, BDU-nun erməni araşdırmaları və təlim mərkəzinin direktoru İsmayıl Tanrıverdi vasitəsilə tərcümə olunacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR