İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin çıxışı Moldovanın nüfuzlu KİV-lərində FOTO

434 10.03.2023 18:02 Siyasət A A

Moldovanın nüfuzlu KİV-lərində martın 9-da Bakıda keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər geniş işıqlandırılıb.

Musavat.com-un xəbərinə görə, Moldovanın “Point”,“Realitatea”, “Rupor”, “Jurnal1”, “Noi” və digər xəbər portallarında rus və rumın dillərində dərc edilən məqalələrdə dövlət başçımızın çıxışına istinadla Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, iki ölkənin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətin olması və bunun sülhə nail olmaqda maneələrin olmamasının göstəricisi kimi qiymətləndirildiyi, 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra dövlətimizin sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdüyü və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdiyi vurğulanıb. Bundan əlavə, ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsini dondurmaq arzusunda olduğu qeyd olunub.

Bununla yanaşı, məqalələrdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, hazırkı geosiyasi vəziyyətdə Avropa istehlakçılarının təbii qaza çıxışının təmin edilməsində etdiyi yardım, ixrac boru kəmərlərinin genişləndirilməsində Azərbaycanın atdığı addımlar vurğulanıb. Azərbaycanın Avropanın etibarlı tərəfdaşına çevrildiyi qeyd olunub.

Məqalələrlə daha ətraflı aşağıdakı linklərdən tanış olmaq mümkündür.

https://point.md/ru/novosti/v-mire/aliev-minskaia-gruppa-obse-khotela-zamorozit-karabakhskii-konflikt-navsegda/

https://www.jurnal.md/ro/news/cd11c633936e5ac8/ilham-aliyev-lucram-la-extinderea-conductelor-de-export.html

https://realitatea.md/presedintele-azer-ilham-aliyev-lucram-la-extinderea-conductelor-de-export/

https://rupor.md/prezident-azerbajdzhana-my-rabotaem-nad-rasshireniem-eksportnyh-truboprovodov/

https://noi.md/md/diverse/aliyev-nu-exista-obstacole-in-calea-pacii-intre-azerbaidjan-si-armenia

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR