İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev: "Azərbaycanla Ermənistan arasında münasibətlərin sülh yolu ilə həlli üçün əlimizdən gələni edəcəyik"

242 14.03.2023 19:37 Siyasət A A

Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh yolu ilə həllinə töhfə vermək üçün əlimizdən gələni edəcəyik.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşündə deyib.

"Hesab edirəm ki, razılaşma əldə etmək üçün yaxşı şans var, xüsusən də ötən ilin oktyabrında Soçidəki görüşlərdən sonra Ermənistanın və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı bir zamanda. Bu sazişi gec-tez imzalamaq yaxşı fikirdir.

Biz beynəlxalq hüquqa əsaslanan və bizim mövqeyimizə görə sülh sazişinin əsasını təşkil etməli olan beş prinsip işləyib hazırlamışıq", - dövlət başçısı qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR