İnsanlara hürriyət, millətlərə istiqlal!

İldə 400 min fəhləyə ehtiyacı olan Rusiya əmək miqrantlarını incidir

333 01.03.2024 11:35 Dünya A A

Artıq rəsmi miqrantların Rusiyada işləməsi əvvəlki kimi sərfəli deyil və buna görə də çoxları bu ölkəyə bilərəkdən qeyri-qanuni mühacir olmaq niyyəti ilə gəlirlər.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, indi miqrantlar anketlərdə Rusiyaya işləmək üçün yox, qonaq kimi gəldiklərini qeyd edirlər.

Onlar qanunvericilikdə belə bir boşluq tapıblar ki, Rusiya Federasiyasının ərazisində qanuni olaraq ən azı üç ay qalmaq, sakitcə mövsümi işlərlə məşğul olmaq mümkündür.

Bildirilir ki, 2023-cü ildə, əsasən ilin ikinci və üçüncü rübündə ölkədə qonaq kimi qalmaq niyyəti ilə 5 milyona yaxın əmək miqrantı gəlib və onlar özlərinə iş taparaq pul qazanıblar.

Hökumətin statistikasına görə isə, ötən il Rusiyaya işləmək üçün təxminən 3,5 milyon insan gəlib. Eyni zamanda yerli şirkətlər kadr çatışmazlığından şikayətlənməkdə davam edirlər. Onların dediyinə görə, “qara işlər” görən fəhlələrə ehtiyac getdikcə artmaqdadır. Çünki ölkəyə artıq Mərkəzi Asiyadan kifayət qədər əmək miqrantı gəlmir.

Bildirilir ki, inkişaf göstəricilərini ən azı indiki səviyyədə saxlamaq üçün hər il hazırkı milyonlarla qastarbayterin sırasına 400 minə yaxın işçi əlavə edilməlidir. İndiki şərtlər isə postsovet ölkələrindən olan əmək miqrantlarını qane etmir. RF qanunları onları sıxışdırır, daha çox vergi, xərac ödəmələri tələb olunur, üstəlik, hüquqları məhdulaşdırılır.

Bəzi böyük şirkətlər isə bu boşluğu Şərqin digər kasıb ölkələrinin hesabıana doldurmağa çalışır. Məsələn, ötən gün tezliklə Sverdlovsk vilayətinə Hindistan və Pakistandan əmək miqrantlarının gələ biləcəyi xəbəri yayılıb. Bu ölkələrdə yaşayan milyonlarla işsiz adam daha ağır şərtlərlə Rusiyada işləməyə hazırdır.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR