İnsanlara hürriyət, millətlərə istiqlal!

İki türk dövlətinin Paşinyandan qəribə TƏLƏBİ

1644 03.06.2026 11:52 Region A A

Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrinin liderləri Astanada Ermənistan ətrafında yaranan vəziyyəti müzakirə etmək üçün görüş keçiriblər və bəyanat qəbul ediblər. Kreml Rusiya, Belarus, Qırğızıstan və Qazaxıstan liderlərinin Ermənistanla bağlı bəyanatını dərc edib.
AİB liderləri hesab edirlər ki, Ermənistanda Aİ-yə qoşulmaq və ya AİB-də qalmaqla bağlı referendum keçirilməlidir. Bəyanatda, xüsusən də Avrasiya Hökumətlərarası Şurasının üzvlərinin dekabr ayında Ermənistan üçün AİB müqaviləsinin dayandırılmasının mümkün nəticələri barədə hesabat təqdim edəcəkləri bildirilir.

Rusiya və Belarusun Ermənistanla bağlı çağırışı aydındır, bəs iki türk dövləti niyə narahatdır? Axı hər iki Orta Asiya dövləti Avropa Birliyi ilə münasibətləri inkişaf etdirirsə, Ermənistanın bu xətti götürməsi nə üçün onları qane etmir? Bu, sadəcə, təşkilatın mövqeyi olduğuna görə bəyanata məcburi qoşulmaqdır, yoxsa Qırğızıstan və Qazaxıstan həqiqətən Ermənistanın avrointeqrasiya kursuna qarşıdırlar?

Ağ Partiya başqanının müavini Əhəd Məmmədli Musavat.com-a deyib ki, Ukrayna münaqişəsi də məhz Kiyevin Avropaya yaxınlaşması ilə başlamışdı: “Doğrudur, ruslara bəhanə lazımdır. Lakin arxasında dura bilməyəcəksənsə, bəhanə verməmək lazımdır. Ukrayna vaxtında bəhanə verdi və sonra da arxasında dura bilmədi. Nələr başına gəldi, göz qabağındadır. Ukrayna, Avropa və ABŞ-nin NATO-Avropa Birliyinə üzvlük vədlərinə inanıb Rusiya ilə üz-üzə gəldi. Avrasiya İttifaqına üzv olmağın bir addımında olan Ukrayna, Avropa Birliyi xəyalını daha üstün tutdu. Xəyalı, reallıqdan üstün tutan ölkə Rusiya tərəfindən hücuma məruz qaldı və 12-ci ildir ki, Moskva ilə müharibə vəziyyətindədir”.

Ə.Məmmədli bildirib ki, Rusiya Ukraynanın 20 faiz ərazisini işğal edəndən sonra bu ölkənin Avropa Birliyinə üzvlüyünün əleyhinə olmadığını bəyan etdi: “Amma Ermənistan Ukrayna deyil. Ermənistan Rusiyaya 12 il nədir, 12 saat belə müqavimət göstərə bilməz. Düzdür, Rusiya Ukrayna cəbhəsində çox yoruldu. Ona görə də Ermənistana qarşı ikinci cəbhə açmaq riskinə girməz. Həmçinin, Rusiyanın Ermənistanla nəinki quru, heç dəniz sərhədi belə yoxdur. Bunlara rəğmən Ermənistanda Rusiyanın Cənubi Qafqazda olan yeganə hərbi bazası, erməni ordusunda tərəfdarları var. Türkiyə ilə Ermənistanın dövlət sərhədini rus sərhədçiləri qoruyur. Ermənistanın dəmir yolları rus dəmir yollarının nəzarətindədir. Ölkənin iqtisadiyyatı böyük ölçüdə Rusiya ilə əlaqələrdən asılıdır”.
Partiya funksioneri hesab edir ki, Qazaxıstan və Qırğızıstanda nə vaxta qədər “dişsiz hakimiyyətlər” olacaq, onlar Rusiya, Çin və Qərbin arasında “rəqs etməyə” davam edəcəklər”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR