İnsanlara hürriyət, millətlərə istiqlal!

İki sərnişin təyyarəsi toqquşdu - VİDEO

1166 21.09.2023 18:57 Hadisə A A

İspaniyanın Mayorka adasındakı Palma hava limanında göyərtəsində sərnişinlərin olduğu iki təyyarə toqquşub.

Məlumata görə, Barselonadan gələn “Air Europa” aviaşirkətinə məxsus təyyarə uçuş-enmə zolağında Frankfurta (Almaniya) uçmağa hazırlaşan “Condor” təyyarəsinə çırpılıb.

Nəticədə “Air Europa”nın təyyarəsinin qanadının bir parçası qopub, ikinci təyyarə də zədələnib.

Hər iki təyyarənin sürəti aşağı olduğu üçün sərnişinlər arasında xəsarət alan yoxdur

Hadisə yerli Mülki Aviasiya Qəza Komissiyası tərəfindən araşdırılacaq.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR