İnsanlara hürriyət, millətlərə istiqlal!

İki rəng olan avtomobillər cərimə meydançasına aparılır? - AÇIQLAMA

962 16.07.2023 12:12 Gündəm A A

Sosial şəbəkələrdə iki rəng olan avtomobillərin saxlanılaraq cərimə meydançasına aparılması ilə bağlı məlumat yayılıb.

Sosial şəbəkə istifadəçiləri paylaşımlarında Dövlət Yol Polis İdarəsinin əməkdaşlarının avtomobillərin bir rəng olması ilə bağlı qanunun olduğunu və qanunun tələblərini pozan sürücülərlə bağlı tədbirin görüldüyünü qeyd ediblər.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən Milli.Az-a bildirilib ki, nəqliyyat vasitələrinin zavod istehsalına uyğun olmayan şəkildə, yəni bütöv ban hissəsinin yarı tərəfinin başqa rəngə, digər hissəsinin isə ayrı rəngə dəyişdirilməsi yolverilməzdir:

"Nəqliyyat vasitələri istehsalçı zavodun baza modellərinə uyğun rənglənməlidir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR