İnsanlara hürriyət, millətlərə istiqlal!

İki ermənidən ANONS: Xankəndidə həbslər BAŞLANIR, Araik ƏFV ediləcək – CANLI

1124 23.08.2023 15:50 Gündəm A A

Ağdam yolu açılacaq və reinteqrasiya prosesi başlayacaq. Artıq bununla bağlı konkret qərarlar var. Musavat.com xəbər verir ki, bu barədə Xankəndidə özünü “siyasətçi” kimi təqdim edən David Qalstyan deyib. Onun sözlərinə görə, Araik Arutyunyan və komandası bununla bağlı müzakirələr aparıb: “Xankəndidə baş verən qarşıdurmanın səbəbləri də bundan qaynaqlanır. Artıq yüklərin Ağdam yolundan qəbul edilməsi ilə bağlı qərar var və bu, yaxın günlərdə açıqlanacaq. Daha sonra inteqrasiya prosesi başlanacaq və Azərbaycanın axtarışa verdiyi şəxslərin həbsi də həyata keçiriləcək. Araik Arutyunyan sadəcə özünü xilas etməyə çalışır”.

Qeyd edək ki, separatçıların iclas keçirdiyi və yüklərin Ağdam yolundan qəbul edilməsinə razılaşdığı haqda məlumatlar var.

“Qarabağda qarşıdurmanın son mərhələsinə qədəm qoyuruq”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi isə revanşist siyasi ekspert Hrant Melik-Şahnazaryandır. “Azərbaycan və onun “yan” soyadlı agentləri (erməniləri nəzərdə tutur-red.) Qarabağa qarşı növbəti oyuna başlayıblar. Onlar özlərinə sərf edən bir “Priqojin” tapıb, onlara “terrorçu” deyirlər, bununla qorxutmağa çalışırlar.

Araik Arutyunyan ermənilərə qarşı yönəlmiş bu siyasətdən nə əldə edir? Cavab qısadır: hakimiyyət illüziyası və Azərbaycanın gələcəkdə onu əfv edəcəyinə dair boş ümidlər”,-deyə Şahnazaryan yazıb.

Bu mövzuları TVMusavat-ın saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev dəyərləndirir. Aparıcı Emil Salamoğlunun təqdimatında müzakirələrə tamaşaçılar da qoşula bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR