İnsanlara hürriyət, millətlərə istiqlal!

İflas ərəfəsində ABŞ bankının rəhbərlərinə külli miqdarda kredit verilibmiş

592 22.03.2023 13:34 İqtisadiyyat A A

Martın 10-da iflas etmiş ABŞ-ın böyüklüyünə görə 16-cı olan Silicon Valley Bank (SVB) rəhbərliyinə daxil olan şəxslərlə bağlı maraqlı fakt aşkarlanıb.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, iflasından 2-3 ay əvvəl bankın rəhbər şəxslərinə, iri səhmdarlarına, həmçinin onlara bağlı şəxslərə külli miqdarda - 219 milyon dollardan yuxarı insayder krediti verilib.

2022-ci ilin sonuncu rübündə belə kreditlərin həcmi əvvəlki rüblə müqayisədə 3 dəfə çoxalıb. Agentlik qeyd edir ki, bu, son 20 ildə SVB-nin verdiyi ən böyük insayder kreditləri kimi tarixə düşüb. Həmçinin bildirilir ki, bankda problemlərin üzə çıxdığı dövrdə vəzifəli şəxslər və onların yaxın çevrəsinə belə yüksəkl məbləğdə kreditlərin verilməsi ABŞ hökumətinin diqqətini cəlb etməlidir. Hazırda bankın iflas səbəblərini Konqres və Federal Ehtiyatlar Sistemi(FED) araşdırır. Hələlik hökumət araşdırıcılarının məlumatlarında bu faktla bağlı hər hansı qeydf yoxdur, lakin Bloombergdə əmindirlər ki, bankın problemləri ilə eyni vaxtda insayder kreditlərinin də artması diqqətdən kənarda qala bilməz.

Xatırladaq ki, 2015-2016-cı illərdə Azərbaycanda iflas edən bankların əksəriyyətində külli miqdarda problemli borclar aşkarlanmışdı. Həmin borcların çoxu məhz bank rəhbərləri, sahibləri və onlara yaxın şəxslərə hər hansı girov təminatı olmadan verilmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR