İnsanlara hürriyət, millətlərə istiqlal!

İcmadan Paşinyanın “timsah göz yaşları”na CAVAB 

507 12.02.2024 12:46 Siyasət A A

Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın 1991-ci il Almatı Bəyannaməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

İcmadan Musavat.com-a verilən məlumata görə, Paşinyanın “Ermənistan parlamentinin 1991-ci il Almatı Bəyannaməsi imzalanarkən qoyduğu qeyd-şərtlər depozitariyə verilməyib” fikri həqiqəti əks etdirmir.

Bəyanatda deyilir:

“Ermənistanın Baş naziri Nikol Paşinyan son müsahibəsində növbəti dəfə yalan danışıb və Azərbaycana böhtan atıb. Bu, həmin Ermənistandır ki, 30 il ərzində beynəlxalq hüququ, BMT Nizamnaməsini, elə Nikol Paşinyanın xüsusi olaraq istinad etdiyi 1991-ci il Almatı bəyannaməsini pozaraq Azərbaycan ərazilərini işğal edib. Bu, həmin Ermənistandır ki, 2022-ci ilin sentyabr ayına qədər siyasi leksikonunda “ölkələrin ərazi bütövlüyü və suverenliyi” ifadəsi yer almayıb.

2019-cu ildə vaxtilə işğal edilmiş ərazilərdə “Qarabağ Ermənistandır və nöqtə” deyən, Vətən müharibəsi zamanı Azərbaycan ərazilərində hərbi toplantılar keçirib hücum əmri verən, biz Qərbi azərbaycanlıların qayıdış hüququnu inkar edən bir şəxsin Azərbaycanın qələbəsindən sonra acınacaqlı vəziyyətə düşərək indi özünü beynəlxalq hüquqa sadiq tərəf kimi göstərməsi “timsah göz yaşları”ndan başqa bir şey deyil.

Bir yandan “Qarabağı Azərbaycan ərazisi kimi tanıyırıq” deyib, o biri tərəfdən 2021-2026-ci il üzrə Ermənistan hökumətinin fəaliyyət planında “Dağlıq Qarabağın statusu”, “xilas naminə ayrılma” kimi Azərbaycanın suverenliyini təhdid edən qondarma ifadələrə yer verməklə, beynəlxalq məhkəmələrə iddialarda Qarabağı Azərbaycandan kənar bir ərazi kimi təqdim etməklə sülh müqaviləsi olmur”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR