İnsanlara hürriyət, millətlərə istiqlal!

İbrahimdən küsən oğlu: "Aranda divar hördüklərin yanında, yaxın zənn etdiklərin isə ... " - FOTO

647 13.04.2023 17:23 Şou-biznes A A

Müğənni İbrahim Tatlısesin küsülü olduğu oğlu Ahmet Tatlı onunla bağlı paylaşım edib. 

BAKU.WS xəbər verir ki, o, şəxsi instaqram hesabında status yazaraq atasına üsyan edib: 

"Məni yaxşı dinlə! Məni yaxşı dinlə, heç kim göründüyü kimi deyil. Vəfanın da, kədərin də ünvanını özün unutmusan. Bilməzsən! Gün gələr aranda divar hördüklərin yanında, yaxın zənn etdiklərin isə uzaqda olarlar. Xoş niyyət və səmimiyyət zamanla ortaya çıxar.

İnanmazdan əvvəl ağlını yoxla. İnsan yaşadığı yerə görə yox, daşıdığı ürəyə görə daha yaxşıdır. İnsanlar onlar üçün etdiyiniz yaxşılığı başa düşməzlər. Siz bu yaxşılığı etməyi dayandırana qədər..."

Ahmetin bu statusunu bəyənənlər arasında Tatlısesin keçmiş həyat yoldaşı məşhur aktrisa Perihan Savaş da yer alıb. 

Xatırladaq ki, ötən ilin avqustunda avtomobil qəzası keçirən İbrahim Tatlısesi xilas etməyə gələn ilk Ahmet Tatlı olmuşdu.

Buna baxmayaraq, ata və oğul arasındakı gərginlik və küslülük hələ də davam edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR