İnsanlara hürriyət, millətlərə istiqlal!

İbrahim Rəisi İslamabada GEDİR

697 21.04.2024 21:45 Dünya A A

İran prezidenti İbrahim Rəisi aprelin 22-dən 24-dək Pakistanın paytaxtı İslamabada iki günlük səfərə gedəcək.

Musavat.com xəbər verir ki, bu barədə İranın Mehr Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, yüksək səviyyəli nümayəndə heyətinə rəhbərlik edəcək Rəisi Pakistan rəsmiləri ilə qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcək.

İran prezidentini xanımı da müşayiət edəcək, nümayəndə heyətinə həmçinin xarici işlər naziri və digər kabinet üzvləri, yüksək vəzifəli şəxslər, eləcə də böyük biznes nümayəndə heyəti daxildir.

Səfər zamanı prezident Rəisi Pakistan prezidenti və baş naziri, Senatın sədri və Milli Assambleyanın sədri ilə görüşəcək. O, həmçinin Lahor və Kəraçiyə səfər edəcək və əyalət rəhbərləri ilə görüşəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR