İnsanlara hürriyət, millətlərə istiqlal!

Husilərin gəmilərə hücumları ilə bağlı SENSASİON İDDİA - SEPAH və “Hizbullah”...

749 21.01.2024 14:27 Dünya A A

Husilərin Qırmızı dənizdə gəmilərə hücumları İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Livanın radikal “Hizbullah” qruplaşmasının komandanlığı altında həyata keçirilir.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi  dörd regional və iki İran mənbəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İsrail Qəzza zolağında HƏMAS-la müharibəyə başladıqdan sonra İran husiləri silahlandırıb, təlim keçib və maliyyələşdirib.

Xüsusilə İran husiləri PUA-lar, gəmi əleyhinə qanadlı raketlər, ballistik və orta mənzilli raketlərlə təmin edir.

“Siyasi qərar Tehranda verilir, rəhbərlik “Hizbullah”, yeri isə Yəməndə husilərdir”, - deyə agentlik mənbəsi bildirib.

Məlumata görə, SEPAH komandirləri husilərə kəşfiyyat məlumatı verir. Bu məlumatlar onlara Qırmızı dənizdə hansı gəmilərin İsraillə əlaqəli olduğunu müəyyən etməyə imkan verir.

Xatırladaq ki, husilərin Qırmızı dənizdə tankerlərə hücumları 2023-cü ilin noyabrında başlayıb. Hərəkat Qırmızı dənizdə İsraillə əlaqəli istənilən gəmiyə hücum edəcəyinə söz verib. Yanvarın əvvəlində Böyük Britaniya və ABŞ Yəməndəki husi hədəflərinə zərbələr endirib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR