İnsanlara hürriyət, millətlərə istiqlal!

Husilərdən Rusiyaya böyük zərbə: Moskva yeni yol tapmağa çalışır

1245 19.12.2023 21:45 Dünya A A

Yəmənin husi qruplaşmaları getdikcə daha çox xarici neft tankerlərini hədəfə alır. Bloombergin köşə yazarları Julian Lee və Jack Vittelsin yazdığına görə, makroregionda mövcud vəziyyət Rusiyanın əmtəə ticarətinə zərər verə bilər.

Musavat.com xəbər verir ki, ekspertlərin hesablamalarına görə, Qırmızı dəniz vasitəsilə neft nəqlinin ümumi həcmi son vaxtlar 140 faiz artaraq sutkada 3,8 milyon barel təşkil edib. Onlar bildirirlər ki, artım qismən Rusiyanın 2023-cü ildə xammalın çatdırılması marşrutlarını şaxələndirmək üçün Qırmızı dəniz vasitəsilə neft tədarükünü əhəmiyyətli dərəcədə artırması ilə əlaqədardır.

Bu ticarət yolunun bağlanması, agentlik analitiklərinin fikrincə, xammalın çatdırılması üçün alternativ yolların axtarışına və daşıma vaxtının əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq ki, bu da Rusiyanın enerji resursları ticarətinə zərbə vuracaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR