İnsanlara hürriyət, millətlərə istiqlal!

Husilər HƏRƏKƏTƏ KEÇİR - 600 min əsgər...

888 02.02.2024 11:13 Dünya A A

Ənsar Allah” hərəkatı (husilər) 165 mindən çox ehtiyatda olan əsgərə hərbi təlim keçib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hərəkatın lideri Abdel Malik əl-Husi bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Yəmənə zərbələr endirməyə başladığı yanvarın 12-dən bəri ümumilikdə 600 min insan səfərbərlik çərçivəsində hərbi təlim keçib.

Qeyd edək ki, ötən ilin noyabr ayının ortalarından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər.

Yanvarın 12-də isə Britaniya və ABŞ silahlı qüvvələri təyyarə, gəmi və sualtı qayıqlardan istifadə edərək Yəmənin bir sıra şəhərlərində, o cümlədən Səna və Hudeydada husilərin hədəflərinə ilk dəfə zərbələr endirib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR