İnsanlara hürriyət, millətlərə istiqlal!

Husilər Baydenə ABŞ-ın öz problemlərini həll etməyi tövsiyə edib

409 02.02.2024 03:22 Dünya A A

Yəməndəki üsyançı husilərin lideri Əbdül Malik əl-Husi ABŞ Prezidenti Co Baydenə başqa ölkələrdə müharibələr başlatmaq əvəzinə, öz ölkəsindəki problemləri həll etməyi təklif edib.

“Report” TASS-a istinadən xəbər verir ki, Əl-Husinin çıxışı “Al-Masirah” telekanalı tərəfindən yayımlanıb.

“Amerika prezidenti başqa ölkələrdə müharibələrə başlamaq əvəzinə, ilk növbədə ölkəsindəki böhran və onun siyasətinin doğurduğu problemlərlə məşğul olmalıdır” deyən husilərin lideri xüsusilə Texasda ABŞ-Meksika sərhəddindəki vəziyyəti, həmçinin ABŞ-ın federal hökuməti ilə ştat rəhbərlikləri arasında yaranmış gərginliyi vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR