İnsanlara hürriyət, millətlərə istiqlal!

Husilər Avropa ilə Asiyanı əlaqələndirən internet kabellərini zədələdilər

453 27.02.2024 21:12 Dünya A A

Yəmən husiləri Səudiyyə Ərəbistanının Ciddə və Şərqi Afrikadakı Cibuti limanları arasında Qırmızı dənizdə dörd dənizaltı internet kabelini zədələyib.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin “Globes” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, bu, Avropa və Asiya arasında internetdə fasilələrə səbəb olub.

Nəşr qeyd edir ki, AAE-1, Seacom, EIG və TGN şirkətlərinin kabelləri zədələnib. Birincisi Şərqi Asiyanı Misir vasitəsilə Avropa ilə əlaqələndirir. Seacom kabeli - Avropa, Afrika və Hindistanı, EIG - Misir, Səudiyyə Ərəbistanı, BƏƏ, Hindistan və Cibuti ilə Cənubi Avropanı, TGN Mumbayı Marsel ilə əlaqələndirir. Sonuncu Misir və Səudiyyə Ərəbistanından keçir.

Husilərin hücumu internet rabitəsində ciddi pozulmalara səbəb olub, ən çox Körfəz və Hindistandakı istifadəçilərin zərər çəkdiyi bildirilir. Zərərin ciddi olduğu, lakin kritik olmadığı qeyd olunur.

Qəzetin yazdığına görə, kabellər ən yaxşı halda səkkiz həftəyə bərpa oluna bilər. Nəşr yazır ki, şirkətlər çox güman ki, təmir zamanı risklərə görə podratçılara yüksək mükafat ödəməli olacaqlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR