İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüseyndən Bakıda onu pulsuz aparan taksi sürücüsünə jest - Video

1785 02.08.2022 09:15 Şou-biznes A A

Xəbər verdiyimiz kimi, Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov Bakıdadır.

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, Hüseyn ötən gecə dostu ilə birgə şəhər taxsilərindən birinə yaxınlaşaraq onları qaldıqları hotelə pulsuz apara bilib-bilməyəcəyini soruşub.

O, sürücüyə özünü turist kimi təqdim edib və pulunun olmadığını vurğulayıb. Sürücü isə onları pulsuz aparmağa razılaşıb. Həmçinin, başqa bir yerə getməyə ehtiyacları varsa, ora da apara biləcəyini təklif edib. Söhbət əsnasında sürücü bakılı olduğunu qeyd edib.

Hüseyn sürücüdən əgər ödəniş etsəydik nə qədər pul verməli olduğunu soruşduqda isə "5-6 manat" cavabını alıb. Blogerin sosial media hesabında paylaşdığı videoda 500 manat pulu ayıraraq əlində sürücüyə vermək üçün saxladığı əks olunub. Hüseyn sonda sürücüyə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, bloger ötən il Moskvada onu pulsuz aparmağa razılaşan taksi sürücüsünə maşın hədiyyə etmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR