İnsanlara hürriyət, millətlərə istiqlal!

Hulusi Akar: “Azərbaycandakı qardaşlarımız üçün əlimizdən gələni edirik”

356 28.05.2023 00:27 Gündəm A A

“Azərbaycan, Kipr, Liviya, Kosovo və Bosniyadakı qardaşlarımız üçün əlimizdən gələn nə varsa edirik”.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Xatırlayın, Ermənistan Azərbaycanın torpaqlarını işğal etdi. Xocalıda cox böyük qırğınlar törətdi. Uşaq, qoca, cavan (qətlə yetirildi-red) və bu qırğın 30 il davam etdi. Bir milyona yaxın insan evsiz-eşiksiz qaldı. 30 illik işğal ATƏT-in tükünü də tərpətmədi. Nəhayət azərbaycanlı qardaşlarımız "artıq bəsdir”, - dedilər”, - Hulusi Akar deyib.

“Allah Prezidentimizə (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan-red) cansağlığı versin. Dedi ki, Azərbaycan tək deyil. Allahın izni ilə bu problem 44 gündə həll olundu”, - Türkiyənin milli müdafiə naziri əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR