İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hraparak”: “Qurgen Arsenyan Ermənistanın Rusiyadakı səfiri ola bilməyəcək”

373 07.12.2023 13:54 Siyasət A A

 

Rəsmi Moskva hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Qurgen Arsenyanın Ermənistanın Rusiyadakı səfiri təyin edilməsi xahişini rədd edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti yazıb.

Paşinyanın partiyası isə heç bir imtinadan söhbət getmədiyini bildirir. Onların sözlərinə görə, diplomatın təyin edilməsi prosedurunun tamamlanması üçün üç aylıq müddət lazımdır. Bu müddət dekabrın sonunda başa çatır və yalnız bundan sonra Qurgen Arsenyanın taleyinə aydınlıq gələcək.

“Hakim komanda hesab edir ki, Rusiya namizədliyi rədd etməyəcək və Arsenyan Moskvaya gedəcək. Yeri gəlmişkən, aqremanı rədd etmək üçün heç bir prosedur yoxdur. Bir qayda olaraq, uzun müddət susmaq namizədin imtinası kimi qəbul edilir və ölkə özü geri çəkilir”, - deyə yazıda qeyd olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR