İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hraparak": “Paşinyan dövlət mülkiyyəti ilə öz malı kimi davranır”

588 18.08.2023 20:46 Region A A

 

Ermənistanda hökumət bağlarına “Konda fərdi ev təsərrüfatı” adlı şirkət xidmət göstərir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı yerli “Hraparak” qəzetinə maraqlı məlumat yayılıb.

Qəzetin xəbərinə əsasən, burada həmişə yüksək vəzifəli məmurlar yaşayıb. Lakin indi orada Nikol Paşinyan, Ararat Mirzoyan, Suren Papikyan və Alen Simonyanın ailələri qalır. Halbuki bu ərazidə yüksək vəzifəli məmurların yaşaya biləcəyi 10 malikanə var.

“Öyrəndik ki, iki malikanənin əsaslı təmiri artıq başa çatıb, təmir üçün vəsait dövlət büdcəsindən, gizli qərarlarla ayrılıb. Malikanələrin yeni sakinləri Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan və daxili işlər naziri Vahe Qazaryan olacaq.

Qeyd edək ki, Nikol Paşinyan hökumət bağlarını” özünün ərazisi” hesab edir: onun xahişi ilə bura yeni sakinlər köçür, hətta qonaqların siyahısını da onunla razılaşdırırlar. Lakin nə üçün Vahan Xaçaturyan (ölkə prezidenti), Armen Qriqoryan (Təhlükəsizlik Şurasının katibi) kimi adamlar belə bir “seçilmişlər” qrupuna daxil edilməyib”, – deyə qəzet yazır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR