İnsanlara hürriyət, millətlərə istiqlal!

Hraparak: “Araik Arutyunyan yüklərin Ağdam yolu ilə daşınacağını bildirib”

864 23.08.2023 14:55 Region A A

 

Qarabağ erməniləri arasında separatçıların başçısı olduğu deyilən Arayik Arutyunyan dünən qondarma qurumun “Təhlükəsizlik Şurası”nın iclasında Ağdam yolu ilə ticarətin aparılması barədə qərar qəbul edildiyini açıqlayıb. Bu qərarın harada və nə vaxt verildiyini dəqiqləşdirməyib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

Xatırladaq ki, iyul ayında Brüsseldə Aİ prezidenti Şarl Mişel Azərbaycanın Qarabağa yüklərin Ağdam yolu keçməsinin məqsədə uyğun olduğunu söyləmişdi. Həmin məsələ BMT Təhlükəsizlik Şurasının iclasında da müzakirə olunub.

“İndi Araik Arutyunyan bu məsələni müzakirəyə çıxarmaq əvəzinə reallıq kimi təqdim edir. Bu qərarın müqavimətə səbəb olacağı proqnozlaşdırıldığı üçün əvvəlcədən Karen Matevosyanın rəhbərlik etdiyi silahlıların “hərəkatı” təşkil edilib. Bu silahlı qrup çox güman ki, yaxın vaxtlarda həmin yolda ucaldılan beton sədləri sökməyə cəhd edəcək. Arayik Arutyunyanın sözlərinə görə burada yüklərin daşınması “qismən” olacaq və yalnız tikinti materialları, dizel yanacağı, dərmanlar daşınacaq, ərzaq isə Laçın yolu vasitəsilə Rusiya sülhməramlıları tərəfindən gətiriləcək. Lakin bu, Laçın yolunun tam işləyəcəyi anlamına gəlmir”,-deyə qəzet yazıb.

Qəzetin bildirdiyinə görə, Arutyunyan onu da bildirib ki, növbəti mərhələdə Azərbaycandan da alınacaq qaz və elektrik enerjisi məsələsinin müzakirəsi planlaşdırılır. Həmin iclasda Samvel Babayanın da iştirak etdiyi qeyd olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR