İnsanlara hürriyət, millətlərə istiqlal!

Hörmüzdə tanker dəniz minasına düşərək PARTLADI

506 26.07.2026 19:14 Dünya A A

İran Silahlı Qüvvələrinə bağlı "Defa Press" agentliyi məlumatlı mənbəyə istinadən xəbər verir ki, Hörmüz boğazında İranın müəyyən etdiyi marşrutdan kənara çıxan neft tankeri dəniz minasına düşərək partlayıb.

Musavat.com xəbər verir ki, İran tərəfi daha əvvəl gəmilərə rəsmi xəbərdarlıq edərək, elan olunmuş təhlükəsiz marşrutlardan kənara çıxacaqları təqdirdə baş verəcək fəsadlara görə məsuliyyətin onların öz üzərinə düşəcəyini bildirib.

Hadisə nəticəsində tankerin kimə məxsus olduğu, hansı ölkənin bayrağı altında üzdüyü, dəyən zərərin miqyası və xəsarət alanlar barədə hələlik rəsmi məlumat təqdim olunmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR