İnsanlara hürriyət, millətlərə istiqlal!

Hollivud ulduzu dəhşətli iddia ilə üz-üzə

552 11.08.2022 19:05 Şou-biznes A A

Son günlərdə adı daha çox qalmaqal, şiddət, təcavüz olaylarında hallanan Hollivud ulduzu Ezra Miller bu dəfə dəhşətli bir iddia ilə üz-üzə qalıb.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, aktyorun Vermont əyalətində birgə yaşadığı gənc qadın və onun 3 uşağı itkin düşüb.

“Rolling Stone” nəşrinin yaydığı məlumata görə, 25 yaşlı qadın və onun 5, 4 və 1 yaşlı uşaqları Vermont əyalətində aktyor tərəfindən gizlədilir. Polis artıq itkin düşdüyü ehtimal edilən ailəni tapmaq üçün axtarışlara başlayıb.

İddialara görə, gənc qadın iyul ayına qədər sosial şəbəkədə aktiv olub, harada olduğu haqda paylaşımlar edib. Lakin bir qədər sonra qadın və uşaqları sanki ərşə çəkiliblər.

Ezra Millerin sözçüsü hələlik bu haqda açıqlama verməyib.

Xatırladaq ki, bu günlərdə aktyorun 18 yaşlı qıza təcavüz edib, onu narkotik çəkməyə məcbur etməsi haqda iddialar yayılmışdı. Həmçinin deyilirdi ki, Miller gənc qızı hansısa dini qrupun üzvü olmağa təhrik edib.

Qeyd edək ki, Ezra Miller “The Flash” və “Fantastik Canavarlar” seriallarındakı obrazları ilə məşhurlaşıb.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR