İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumət İrəvan metrosunu bağladı

943 24.09.2023 10:25 Son xəbər A A

İrəvan metrosunda yenə nəsə baş verib: o, işləmir, amma səbəbi hələ də məlum deyil.

Musavat.com bildirir ki, bu barədə erməni mediası xəbər yayıb.

Məlumata görə, səhər saatlarından paytaxt metrosunun qapıları bağlı qalıb. Metronun mətbuat xidməti zənglərə cavab vermir. Son anda yayılan xəbərdə deyilir ki, İrəvan metrosu bütün gün bağlı olacaq. Belə ki, dünənki qəzadan sonra bütün qatarlar yoxlanılır
P.S.Paytaxt metrosunun mətbuat xidməti xəbər yayıb ki, problemin aradan qaldırılmasına baxmayaraq, sərnişinlərin təhlükəsizliyi üçün bütün işləyən qatarlarda araşdırma aparılması qərara alınıb. İşin gün ərzində aparılması planlaşdırılır.

İstisna deyil ki, metronun qapadılması İrəvanda bu gün keçiriləcək etiraz aksiyası ilə bağlıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR