İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi ekspertlər Krım körpüsünün partladılmasına görə qıtlıq ola biləcəyini deyir

1030 09.10.2022 08:12 Gündəm A A

Dünən səhər saatlarında Ukrayna ordusu Rusiya üçün böyük strateji əhəmiyyət kəsb edən Krım körpüsünə zərbələr endirib.

Musavat.com xəbər verir ki, hücumdan sonra körpünün müəyyən hissələri dağılarkən, hakim partiyanın sədri David Arakhamia hadisə barədə yeni açıqlamalar verib.

"Rusiyanın qeyri-qanuni tikintiləri çökməyə və alov almağa başlayıb. Səbəb sadədir, əgər partlayıcı bir şey inşaa etməyə çalışsanız, gec-tez partlayacaq. Və bu hələ başlanğıcdır”, -deyə David Arakhamia bildirib. 

Müharibənin şiddətini artıracaq bombalı hücumun məhz Putinin doğum günündə törədilməsi də diqqətdən qaçmayıb. Rusiya Federasiyası İstintaq Komitəsinin verdiyi açıqlamada Krım körpüsündə baş verən partlayışda ilk təsbitlərə görə 3 nəfərin öldüyü bildirilib.

Ukraine-Russia talks may start in Istanbul on Mar 29 – Arakhamia

David Arakhamiadan sonra  Zelenskinin müşaviri Mixail Podolyak da hadisələrlə bağlı açıqlamalar verib.

"Krım, körpü və başlanğıc. Qeyri-qanuni hər şey məhv edilməli, oğurlanan hər şey Ukraynaya qaytarılmalı, rus işğalçıları ilə bağlı hər şey sıradan çıxarılmalıdır", deyə Polodyak bildirib.

Михайло Подоляк on Twitter: "The second round of negotiations is over.  Unfortunately, the results Ukraine needs are not yet achieved. There is a  solution only for the organization of humanitarian corridors...  https://t.co/0vS72cwYSX" /

Sözügedən hadisədən sonra Krımda yaşayan insanlar bazarlara və yanacaqdoldurma məntəqələrinə axışıb. Hərbi ekspertlərin verdiyi açıqlamalarda təxminən 2 milyon insanın yaşadığı bölgədə mümkün qıtlığın ola biləcəyi vurğulanıb.

Rusiya lideri Putin tərəfindən 2014-cü ildə inşa edilən körpü Krımın işğalının simvolu kimi qiymətləndirilir. Körpü dəmir yolu kimi Rusiya üzərindən Krıma bağlanırdı.

Kiev-Moskova hattı alev alev! Köprü saldırısı sonrası Ukrayna vitesi yükseltti: Bu sadece başlangıç

Rusiya bu körpü vasitəsilə Ukraynanın Xerson şəhərini tutmuşdu. Partlayışdan sonra rus ordusunun texnika və sursatları daha çox Krım körpüsündən gəldiyi üçün rusların tezliklə Xersonu tərk edəcəyi proqnozlaşdırılır.

Digər tərəfdən, Rusiya müharibənin əvvəlində Krım körpüsünün S-400-lər tərəfindən qorunduğunu və adanın ətrafında “quş belə uçmasının mümkünsüz” olduğunu bəyan etmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR