İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hər təyyarə üçün mərasim keçirmirik” – "Airbus" AZAL üçün istisna etdi

905 24.06.2026 14:44 Dünya A A

Hamburqda keçirilən təhvilvermə mərasimində çıxış edən "Airbus"-un "A320" ailəsi proqramının icraçı vitse-prezidenti Kristof Zammert (Christoph Zammert) AZAL-a təqdim olunan ilk "Airbus A321neo" təyyarəsinin şirkət üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

Musavat.com xəbər verir ki, "Airbus" rəsmisi bu gün şirkətin gündə iki-üç təyyarə təhvil verdiyini, buna görə də bütün təhvil proseslərinin ayrıca mərasimlə müşayiət olunmadığını qeyd edib.

“Biz hər gün iki və ya üç təyyarə təhvil veririk. Buna görə də hər təyyarə üçün ayrıca mərasim keçirmirik. Lakin bəzi mühüm mərhələlər var ki, onları xüsusi qeyd edirik. AZAL-a ilk "Airbus A321neo" təyyarəsinin təqdim olunması da məhz belə hadisələrdən biridir”, - deyə Zammert bildirib.

"Airbus" rəsmisinin sözlərinə görə, Azərbaycan Hava Yollarının donanmasına daxil olan yeni "A321neo" hazırda dünya aviasiya sənayesində öz sinfinin ən qabaqcıl təyyarələrindən hesab olunur.

“Bu təyyarə yanacaq sərfiyyatı, səs-küy səviyyəsi, ekoloji göstəriciləri və sərnişin komfortu baxımından sənayenin ən yaxşı nümunələrindən biridir. İnanıram ki, AZAL-ın sərnişinləri bu fərqi hiss edəcəklər və şirkətin təqdim etdiyi xidmət keyfiyyətində yeni mərhələnin şahidi olacaqlar”, - o vurğulayıb.

Kristof Tsammert qeyd edib ki, təyyarənin təhvil verilməsi uzun müddət davam edən əmək prosesinin nəticəsidir:

“Bu zalda əyləşən bir çox insan üçün bugünkü mərasim aylarla, hətta illərlə davam edən zəhmətin yekunudur. Son günlər isə bu iş daha intensiv xarakter alıb. Lakin təyyarənin təhvil verilməsi əməkdaşlığın sonu deyil. "Airbus" bundan sonra da AZAL-ın yanında olacaq. Artıq estafeti müştəri dəstəyi və xidmət komandalarımız qəbul edir. Onlar təyyarənin bütün istismar dövrü ərzində AZAL-a dəstək göstərəcəklər”.

"Airbus" vitse-prezidenti çıxışında Azərbaycanın milli simvollarından birinə də toxunub. O bildirib ki, çıxış üçün hazırlanan məlumatlarda Azərbaycanın milli rəmzlərindən olan Xarıbülbül çiçəyi haqqında da məlumat alıb.

“Xarıbülbül gözəlliyi, dözümlülüyü və birliyi təcəssüm etdirir. Bu dəyərlər Airbus-un fəlsəfəsi və məhsullarımızla yaratmağa çalışdığımız keyfiyyətlə çox uyğun gəlir”, - deyə o qeyd edib.

"Airbu"s rəsmisi həmçinin bildirib ki, yeni təyyarə ilk missiyalarından birində Azərbaycanın dövlət bayrağını ölkənin Milli Gün tədbirlərinə daşıyacaq.

“Bizə dedilər ki, bu təyyarə yaxın günlərdə çox mühüm bir missiyanı yerinə yetirəcək və Azərbaycanın dövlət bayrağını Milli Gün tədbirlərinə aparacaq. Buna görə də təyyarəyə xüsusi diqqət göstərdik və onun bu vacib missiyanı qüsursuz yerinə yetirməsi üçün hər şeyi yoxladıq”, - deyə Tsammert vurğulayıb.

Çıxışının sonunda "Airbus" rəsmisi AZAL və "AerCap" rəhbərliyinə təşəkkür edib:

“Etimada və əməkdaşlığa görə sizə minnətdarıq. Sizin ölkədə dedikləri kimi, çox sağ olun”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR