İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hər dərdə, təhqirə dözərəm, amma boyuma sataşanın...”

1064 29.04.2024 12:34 Şou-biznes A A

"Komplekslə bağlı mono tamaşa da oynamışdım. Həmin tamaşada da deyirdim ki, hər dərdə, təhqirə dözərəm, amma boyuma sataşanın cavabını verərəm".

Musavat.com moderator.az-a istinadla xəbər verir ki, bunu aktyor Natiq Fərzəliyev deyib.

O, vaxtilə kompleks yaşadığını etiraf edib:

"Mən bunu cəmiyyətə mesaj kimi vermişdim. Belə bir adamlara gülmək, məsxərəyə qoymaq düzgün deyil. Bizim dövrümüzdə onsuz da gəncliyin üzünə qapılar bağlı olurdu, hamı çətinliklə işə düzəlirdi, amma mənim ikiqat problemim var idi.

Deyirdilər ki, boyuna görə sən aktyor ştatında işləyə bilməzsən. Mən də deyirdim ki, nizamnamədə elə bir qanun var ki, boy haqda danışsınlar? Varsa, açın həmin bəndi mənə göstərin. Əlbəttə, onlar bunu mənə sübut edə bilmirdilər. Bu kimlərinsə şəxsi istəyi idi. 2 metr boyu olan aktyor var, baxırsan ki, ürəyi boşdur. Bu gün insanlar qəribədir. Uzuna da baxıb gülürlər, mənə də".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR