İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS İsraili belə aldatdı - ŞOK

1861 07.12.2023 12:50 Dünya A A

Bir müddət əvvəl “New York Times” nəşri HƏMAS-ın hücum edəcəyi ilə bağlı müharibə planlarını üzə çıxarmışdı və məlumatların bir ildən də çox əvvəl İsrail tərəfindən əldə edildiyini ortaya qoyan sənədə istinad etmişdi.

Bəs necə olub ki, informasiyaların əldə edilməsinə baxmayaraq, İsrail hücumun qarşısını ala bilmədi və uğursuz oldu?

Musavat.com xəbər verir ki, “Washington Post” (WP) bu suala cavab axtarıb.

Anonimlik şərti ilə WP-yə danışan İsrail rəsmiləri bildiriblər ki, HƏMAS hətta Tel-Əvivlə əməkdaşlıqda maraqlı olduqlarını göstərmək üçün İsrailə İslami Cihadla bağlı kəşfiyyat məlumatı verib.

Yəni HƏMAS hücum planlarını gizlətmək üçün İslami Cihad haqqında İsrailə məqsədli şəkildə kəşfiyyat məlumatı ötürüb.

"HƏMAS Təl-Əvivin diqqətini yayındırmaq üçün İslami Cihad kartını oynadı ki, İsrailin hücumdan əvvəl planlardan xəbəri olmasın. Təl-Əvivə Qəzzadakı təşkilatla bağlı kəşfiyyat məlumatı verilib və İsrailin diqqəti oraya yönəlib" - mənbələr bildirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR