İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS-dan İsrailə İKİ MÜRACİƏT: Edam hədəsi və sülh müzakirəsi… - detallar CANLIda

935 10.10.2023 11:30 Son xəbər A A

“İsrail qoşunlarının yaşayış binalarına və mülki obyektlərə hücumlarına cavab olaraq girovlar edam olunacaq”.

Bu barədə “Əl Hadath” telekanalı məlumat yayıb.

Telekanal bildirib ki, fələstinli radikallar əsir götürülmüş israillilərin edamlarını lentə alaraq sosial şəbəkələrdə dərc etməklə hədələyirlər.

Telekanal həmçinin qeyd edib ki, Fələstinin HƏMAS radikal hərəkatı İsraillə barışığı müzakirə etməyə hazır olduğunu bildirib. “Biz İsraillə atəşkəsi müzakirə etməyə hazırıq”, – HƏMAS-ın bəyanatında bildirilib.

İsrail Qəzza zolağında mülki fələstinlilərin ölümünə görə məsuliyyət daşımır. Bunu İsrailin ABŞ-dakı səfirinin müavini Eliav Benyamin deyib. “Bu müharibəni Fələstinin HƏMAS hərəkatı seçdi və indi Qəzza zolağında mülki əhalinin təhlükəsizliyi yalnız HƏMAS rəhbərliyindən asılıdır”, - o bildirib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR