İnsanlara hürriyət, millətlərə istiqlal!

Helikopter qaçıran rus pilotun qətlinə dair yeni versiya – “Anasına zəng edib”

1008 27.02.2024 13:13 Dünya A A

İspaniya hakimiyyəti Rusiya ordusunun helikopterini Ukraynaya qaçıran pilot Maksim Kuzminovun ölkəyə gəldiyini və orada Ukrayna pasportu ilə yaşadığını ilk gündən bilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, müstəntiqlər onun qətlinə dair yeni versiya irəli sürüblər. Onlar ehtimal edirlər ki, pilot anasının gəlişinə hazırlaşarkən müəyyən edilib.

İspaniyanın müdafiə naziri Marqarita Robles bəyan edib ki, hakimiyyət Kuzminovun əsl şəxsiyyətindən xəbərsizdir - o, ölkəyə Ukrayna pasportu ilə daxil olub. Eyni zamanda, “El Mundo” onun gəlişi ilə bağlı ilk gündən İspaniyanın məlumatı olduğunu yazıb.

İspan müstəntiqlərinin fikrincə, Kuzminov, əvvəllər bildirildiyi kimi, keçmiş sevgilisini ölkəyə gətirmək istəyərkən deyil, 52 yaşlı anasının gəlişinə hazırlaşmağa başladığı vaxt, Alikantedə onunla görüşməyı planlaşdırarkən müəyyən edilib.. Qadın hələ Kuzminovun vertolyot qaçırmasından əvvəl Koreyaya səfər bəhanəsi ilə Rusiyanı tərk edib. Onun hazırda Ukraynada olduğu bildirilir.

İstintaq hesab edir ki, Kuzminov köhnə bağlantılardan istifadə etməyə başlayanda səhv edib – o, Ukraynayana, dinlənilən mobil telefona zəng edib.

“El Pais” qəzeti yazıb ki, istintaq hazırda qətlin iki versiyasını nəzərdən keçirir: Kuzminovu Villajoyosadakı həmyerlilərindən biri tanıyıb, ya da o, keçmiş sevgilisinə zəng edərək onu görüşə dəvət edib.

Yerli restorançı Kosina Fuson bildirib ki, Villajoyosada əsasən Ukrayna və Rusiyadan olan insanlar yaşayır və müharibə başlayandan sonra onlar arasında toqquşmaların sayı artıb. Restorançı Kuzminovun öldürülməsindən də danışaraq, bunu “peşəkarcasına təşkil olunmuş qətl” adlandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR