İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hədəflər nəzərə alınmasa..."-Ekspertdən yeni tikiləcək aeroportla bağlı mühüm açıqlama

1014 16.03.2024 13:06 İqtisadiyyat A A

"Yeni tikilməsi nəzərdə tutulan aeroportun texniki, iqtisadi, coğrafi və digər layihə parametrləri elə hazırlanmalıdır ki, o, yalnız Ələt Azad İqtisadi Zonasına deyil, həm də Lapus-Lazuli, TXBNM (Orta Dəhliz), Şimal-Cənub, Şimal-Qərb, Cənub-Qərb kimi 5 nəqliyyat dəhlizinə tam inteqrasiya edilə bilsin və bu dəhlizlərin əsas ortaq komponentinə çevrilsin".

Bu fikirləri Musavat.com-a iqtisadçı ekspert Eldəniz Əmirov bildirib. O əlavə edib ki, konsepsiyanın hazırlanmasında və layihələndirilmə mərhələlərində uzunmüddətli dövr üçün qeyd edilən hədəflər nəzərə alınmasa, sonra bunu etmək mümkün olmayacaq. Çünki həmin ərazilərdə digər böyük layihələr sürətlə icra olunduğu üçün 10 il sonra aeroportun coğrafi genişləndirilməsi praktik olaraq mümkün olmayacaq".

Qeyd edək ki, paytaxtda yeni aeroport tikiləcək. Yeni hava limanı Ələt Azad İqtisadi Zonasında yerləşəcək.

Hava limanının 2026-cı ilin birinci rübünə kimi fəaliyyətə başlayacağı gözlənilir.

Hava limanının illik yükdaşıma gücü ilkin mərhələdə 500 000 ton, daha sonra isə 1,5 milyon tona qədər artacağı planlaşdırılır. 

 

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR