İnsanlara hürriyət, millətlərə istiqlal!

Həcc ziyarəti ilə bağlı daha bir YENİLİK

493 13.06.2022 12:08 Gündəm A A

Həcc ziyarətinə gedən zəvvarlar üçün yeni mobil tətbiq hazırlanıb.

Musavat.com Modern.az-a istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “ağıllı zəvvar” adlanan texnoloji yenilik ziyarətə gələcək qrupların rəhbərləri ilə əlaqə yaradaraq hər hansı qayda pozuntusu və şikayətlər barədə müvafiq qurumlara operativ məlumat çatdıracaq.

Məlumata görə, builki Həcc mövsümündə zəvvarlara daha yaxşı xidmət göstərilməsi məqsədilə smart kart xidmətlərindən geniş şəkildə istifadə olunacaq. İlk dəfə həyata keçiriləcək texnoloji yenilik sayəsində sözügedən tətbiqi telefonuna yükləyən zəvvarlar qarşılaşdığı problemlər barədə məlumat verəcək və onların şikayətlərinə dərhal baxılacaq. Bu məqsədlə nazirliyin nəzdində xüsusi qrup yaradılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR