İnsanlara hürriyət, millətlərə istiqlal!

Hava limanında 54 kilo insan saçı ələ keçirildi - FOTO

1007 28.01.2023 21:12 Hadisə A A

Türkiyənin Ticarət Nazirliyi Gömrük Mühafizə qrupları Doha-İstanbul reysini yerinə yetirən təyyarə ilə Sabiha Gökçen Hava Limanına gələn 3 nəfərin çamadanlarında 54 kilo təbii insan saçı ələ keçirib.

Musavat.com xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə, Doha-İstanbul reysini yerinə yetirən təyyarə ilə Sabiha Gökçen Hava Limanına gələn 3 nəfər Gömrük Mühafizə qrupları tərəfindən şübhəli görüldükdən sonra izlənilib.

Şübhəlilərin baqajı rentgen müayinəsindən keçirilib.

Görüntülərdə şübhəli sıxlıqlar aşkar edildikdən sonra çamadanlarda ətraflı axtarış aparılıb. Çamadanlarda ümumi çəkisi 54 kiloqram və 262 təbii insan saçı ələ keçirilib. Bərbərlərdə istifadə ediləcəyi bildirilən saçın təxminən 800 min TL dəyərində olduğu müəyyən edilib.

Saçlar müsadirə edilib, hadisə ilə bağlı İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən istintaq davam etdirilir.

Musavat.com

Sabiha Gökçen'de 54 kilo insan saçı ele geçirildi - Resim : 1

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR