İnsanlara hürriyət, millətlərə istiqlal!

Hava gəmiləri ilə sərnişin dövriyyəsi 37 faizə yaxın artıb - İATA

393 01.02.2024 22:24 Dünya A A

Dünya aviaşirkətləri 2023-cü ildə sərnişin dövriyyəsini 36,9 faiz artırıb. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına görə, nəticədə bu göstərici pandemiyadan əvvəlki 2019-cu ilin səviyyəsinin 94,1 faizinə qədər bərpa olunub.

Avropa aviaşirkətləri ötən il beynəlxalq reyslərdə sərnişin dövriyyəsini 22 faiz artırıb. Uçuş doluluğu 2022-ci ildəki 80,7 faizdən 83,8 faizə yüksəlib.

Şimali Amerikada birinci göstərici 28,3 faiz artıb, ikinci isə bir il əvvəlki 80,7 faizə qarşı 84,6 faizə çatıb. Asiya-Sakit Okean regionunda sərnişin dövriyyəsi 126 faiz artıb, uçuş yüklənməsi 74,1 faizdən 83,1 faizə yüksəlib.

Çində daxili hava nəqliyyatı ötən il təxminən 139 faiz artıb və indi pandemiyadan əvvəlki səviyyədən 7,1 faiz çoxdur.

IATA-nın baş direktoru Villi Uolşun sözlərinə görə, səyahətdə bərpa yaxşı xəbərdir: “Əlaqələrin bərpası qlobal iqtisadiyyata təkan verir".

Ötən il qlobal aviaşirkətlərin yük dövriyyəsi 1,9 faiz azalıb. Eyni zamanda, assosiasiyanın hesabatına görə, 2019-cu ilin göstəricisi ilə müqayisədə bu, 3,6 faiz azdır.

Qeyd edək ki, IATA dünya üzrə 320 aviaşirkəti təmsil edir ki, bu da qlobal hava trafikinin təxminən 83 faizini təşkil edir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR