İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hansı kişi qadın paltarı geyinib səhnəyə çıxsa..." - Fərda

1618 21.03.2023 14:14 Şou-biznes A A

Aktyor Fərda Xudaverdiyev yenidən qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

"MTV maqazin"ə danışan Xudaverdiyev israrla qadın paltarı ilə səhnəyə çıxmayacağını bildirib:

"İnsanları güldürmək üçün qadın paltarı geyinmərəm. Məni o paltarda görmək istəyənlər elə də qocalacaqlar. Hansı kişi qadın paltarı geyinib səhnəyə çıxsa zatən insanlar ona güləcəklər. Bir kişinin qadın paltarında çıxmağı gülməlidir. Mən o cür paltarla səhnəyə çıxmaq istəmirəm".

Aktyor bu açıqlaması ilə yenidən bəzi həmkarlarının bostanına daş atıb. Onların Fərdanın bu sözlərinə reaksiyasının necə olacağını isə zaman göstərəcək. (Sfera.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR