İnsanlara hürriyət, millətlərə istiqlal!

Haniyənin qətli ilə bağlı ŞOK AÇIQLAMA - “Bu zərbə həmin ölkədən endirilə bilər”

1649 31.07.2024 15:59 Siyasət A A

Bu gün HƏMAS lideri İsmayıl Haniyə Tehran şəhərində vurulub. İran mətbuatı yazır ki, Haniyə və mühafizəçisi İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra İsrailin onun iqamətgahına endirdiyi zərbə nəticəsində öldürülüb. 

İSMİ.jpeg (31 KB)

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan hadisə ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, qətli müharibəni qızışdırmaq istəyən üçüncü qüvvələr edə bilər:

“İsmayıl Haniyə HƏMAS-ın əsas fiquru idi. O, HƏMAS daxili, eyni zamanda İsrail-HƏMAS danışıqlarını kurasiya edən və əlaqələndirən liderlərdən sayılırdı.  

Hətta HƏMAS Qəzza zolağında hakimiyyəti ələ keçirəndə təşkilatla İsrail arasında bir-birinə hücum etməməklə bağlı danışıqların olması kimi fikirlər var. İsmayıl Haniyə Fələstin mübarizəsi tarixində sayılıb-seçilən, çəkisi olan şəxs idi. Onun aradan götürülməsi bir neçə istiqamətdən dəyərləndirilə bilər. Bunu HƏMAS daxilində parçalanmanı dərinləşdirmək istəyən, İsrail-HƏMAS danışıqlarına mane olan qüvvələr törədə bilərdi. Onun öldürülməsi regionda müharibə partiyası tərəfdarı olan qüvvələrin aktivləşməsinə səbəb olacaq.   

SEDREDDİN.jpeg (73 KB)

İranın dini lideri Əli Xameneinin verdiyi açıqlama da çox sərtdir. Ölkənin prezidenti Məsud Pezeşkianın Haniyəni şəhid sayması, mübarizəyə dəstək verəcəklərini bəyan etməsi göstərir ki, İran HƏMAS vasitəsi ilə İsrailə təzyiq  edəcək və müharibəni gücləndirəcək. Bu istiqamətdə Hizbullahın Yəməndə, Husilərin Livanda, SEPAH-ın Qüds qolunun isə Suriyada aktivləşəcəyi də istisna ounmur.  

HANİYE.jpeg (498 KB)

Bu münaqişənin iştirakçılarının sayı arta bilər. Məsələn, indiki halda  üzdə görünən iki dövlətdir: İsrail və İran. Gələcəkdə hər iki tərəfə əlavə qüvvələrin qoşulması ehtimalı var. Hələ ki, müharibə sərhədləri genişlənmədiyindən əlavə  güclərin qoşulub-qoşulmayacağı bəlli deyil.  

Doğrudur, ABŞ-nin müdafiə naziri Lloyd Ostin Yaxın Şərqdə müharibənin qaçılmaz olduğunu bildirir. Amma müharibə artıq var. Bu müharibədə iştirakçı tərəflər də məlumdur. Yeni münaqişə ocağının yaradılma ehtimalı isə azdır. Məsələn, Türkiyədə  PKK terrorçuları arasında bir qarşıdurma var. Perspektivdə bu ərazidə münaqişə ocağını dərinləşdirə və gücləndirə bilərlər. Yaxud İranla Əfqanıstan arasında münaqişə yaradıla bilər. Eləcə də İran daxilində münaqişə ocağının yaranması mümkündür. Amma bunların hamısı HƏMAS-İsrail qarşıdurması fonunda çox zəif olacaq. Çünki mahiyyət və hədəf etibarı ilə istiqamətlər bir-birindən fərqlənəcək”.

Politoloqun sözlərinə görə, İsmayıl Haniyənin iqamətgahına nöqtəvi raketdən zərbə endirilməsi iddiası var.

“Bu zərbə İsrail, yaxud ABŞ bazası olan ölkədən endirə bilər. Məsələn, ABŞ Qasım Süleymanini həmin raket zərbəsi ilə zərərsizləşdirdi. Eləcə də Dəməşqdə İsrail SEPAH-ın generallarını öldürmüşdü.

İsrail ərazisindən raket zərbəsi endirilməsi beynəlxalq normaları poza bilər. Bu, İranın ərazisinə hücum kimi də qiymətləndirilə və İsrailə baha başa gələ bilər. İran ərazisindən atılması ehtimalı daha böyükdür. Çünki müasir texnologiya belə qurğuların daxildə də istifadəsinə imkan verir”, - Sədrəddin Soltan bildirib.

Şahanə Rəhimli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR