İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakimi təhqir edən klub rəhbəri və futbolçu CƏZALANDIRILDI

586 21.02.2024 16:40 İdman A A

AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən “Mil” (Beyləqan) klubunun rəhbəri Röyal Babayev 5 oyunluq cəzalandırılıb.

Musavat.com milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna funksionerin Saatlının "Ümid" komandası ilə görüşdə hakimi təhqir etməsi səbəb olub.

Eyni turnirdə mübarizə aparan "Bərdə"nin futbolçusu Rəcəb Zaidov da diskvalifikasiya edilib. O, "Göyəzən"lə matçda referini təhqir etdiyi üçün 4 oyunluq cəzaya məruz qalıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR