İnsanlara hürriyət, millətlərə istiqlal!

Hadrutda terror törədənlərin yaxınları Paşinyanı tələb edir  

1164 08.08.2022 18:46 Region A A

 

“Əsir düşən” hərbçilərin yaxınları Ermənistan hökumət binası qarşısında oturaq aksiya keçirib.

 Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Etirazçılar baş nazir Nikol Paşinyanla görüş tələb edirlər.

İştirakçılardan biri “Ermənistan xəbərləri” - NEWS.am-ın müxbiri ilə söhbətində bildirib ki, onlara baş nazirin kabinetindən ilkin reaksiya verilib, lakin bir neçə saat keçsə də, tələbləri yerinə yetirilməyib.

Erməni tərəf iddia edir ki, 44 günlük müharibədən sonra Azərbaycan Şirak rayonundan olan 62 erməni hərbçisindən  yalnız 32-sini Ermənistana qaytarıb.

Qeyd edək ki, dekabr ayında sərhədi pozaraq ərazimizə soxulan erməni silahlıları terrorçuluqda ittiham olunublar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR