İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacıqabulda ağır qəza: 5 nəfər xəsarət aldı

339 18.09.2023 09:10 Hadisə A A

Hacıqabulun Nəvahı kəndində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, “VAZ-21011” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində Ucar rayonunun Qazıqumlaq kənd sakinləri, 1972-ci il təvəllüdlü Məmmədova Kəmalə Kamal qızı, 1993-cü il təvəllüdlü Məmmədov Sakit Qorxmaz oğlu, 2000-ci il təvəllüdlü Əliyev Rahib Rafiq oğlu, 2020-ci il təvəllüdlü Əliyev Qorxmaz Sakit oğlu və 2002-ci il təvəllüdlü Əliyeva İlahə Rafiq qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR