İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacıbala Abutalıbovun “sağ əli” azadlığa çıxdı

1264 16.03.2022 18:01 Kriminal A A

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Rasim Quliyevin cəzası dəyişərək 2 il sınaq müddəti olmaqla şərti azadlığa buraxılıb.

Xatırladaq ki, sabiq aparat rəhbəri Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Rasim Quliyev 2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Aparat rəhbəri vəzifəsində çalışıb. Həmin dövrdə isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR