İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın baş naziri rəsmi Tiflisin Cənubi Qafqazla bağlı mövqeyini açıqladı

748 25.03.2024 19:19 Siyasət A A

"Gürcüstan qeyd-şərtsiz Ermənistanın ərazi bütövlüyünü dəstəkləyir".

Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze martın 25-də İrəvanda Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla keçirdiyi brifinqdə deyib.

Gürcüstanın baş naziri rəsmi Tiflisin Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasına kömək etməyə hazır olduğunu bildirib.

Kobaxidze səmimi qəbula görə təşəkkür edib, erməni və gürcü xalqları arasında çoxəsrlik qardaşlıq münasibətlərini vurğulayıb.

Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü təşviq etdiyinə görə İrəvana təşəkkür edən Kobaxidze Tiflisin Ermənistanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini bəyan edib. Onun sözlərinə görə, ölkələr arasında əlaqələr dinamik inkişaf edir. Bugünkü görüşdə tərəflər müxtəlif sahələrdə və formatlarda - nəqliyyat, iqtisadiyyat, turizm sahələrində əməkdaşlıqdan danışıblar. Tərəflər həmçinin regional hadisələrdən danışıb, çağırışlara qarşı birgə səylərin vacibliyini vurğulayıblar.

Kobaxidze vurğulayıb ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyə kömək edir və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına ümidlidir. O vurğulayıb ki, Gürcüstan öz növbəsində regionda sülhün və sabitliyin bərqərar olması prosesinə töhfə verməyə hazırdır.

Sonda o, Nikol Paşinyanı Gürcüstana səfərə dəvət edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR