İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın Baş naziri Azərbaycan Prezidenti ilə müzakirə etdiyi məsələləri açıqlayıb

392 09.10.2023 11:28 Siyasət A A

“Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı Gürcüstanın regionda davamlı sülh və sabitliyə verdiyi dəstəyi bir daha vurğuladıq”.

Musavat.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “X” hesabında yazıb.

O bildirib ki, Tbilisi və Bakı əlaqələri gücləndirməyə və iqtisadi artımı dəstəkləməyə diqqət yetirir: “Biz ticarət, enerji, davamlılıq və infrastrukturun inkişafı sahəsində xalqlarımıza fayda vermək üçün birgə imkanları araşdırırıq”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Gürcüstanda işgüzar səfərdə olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR